...

Bakı soyuqla bağlı ilk sınaqdan çıxa bilmədi

Cəmiyyət Materials 28 Dekabr 2006 12:07 (UTC +04:00)

Bakı İcra Hakimiyyəti və paytaxtın kommunal xidmətləri yeni təbiətin imtahanından çıxa bilmədi. Gözlənilən və sinoptiklər tərəfindən əvvəlcədən proqnozlaşdırılan qarla müşayət olunan soyuq hava Bakının şəhər xidməti və sərnişin nəqliyyatını iflic vəziyyətinə salıb.

27 dekabr saat 20-dən başlayaraq Bakının qar dolu və ya buz bağlamış küçələrində avtomobil hərəkətində çətinlik yaranıb. Bakının heç bir rayonunda heç bir küçə qum ilə örtülmədi. Bu da təbii ki, aşağı hərəkət sürəti və tıxac şəraitində xoşbəxtlikdən insan tələfatı ilə müşayət olunmayan avtomobil qəzalarına səbəb olub.

28 yanvar saat 9-10-dan Bakının mərkəzində əksər avtomobil yolları, hətta İcra Hakimiyyətinin binasının ətrafındakı yollar belə buz qatı ilə örtülüb. Qum tökmək üçün nəzərdə tutlmuş maşınlar çox da fəal işləmir. Şəhərdə avtomobil hərəkəti asta hərəkət edən ciplərin, bir qədər marşrut avtobusların və risklə bağlı olduğundan camaatdan istədiyi qədər pul qoparan taksilərin hesabına müşahidə olunur. Şəhər nəqliyyatındakı bu problemlər isə metroda qələbəliyə səbəb olaraq jeton çatışmazlığı yaradıb.

Xəbər lenti

Xəbər lenti