...

Azərbaycanlıların həmrəylik günü İspaniyada qeyd edilib

Cəmiyyət Materials 28 Dekabr 2006 15:51 (UTC +04:00)

Azərbaycanın İspaniyadakı səfirliyinin təşəbbüsü ilə Madriddə dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibətilə tədbir keçirilib. Bu barədə eksklüziv olaraq Azərbaycanın İspaniyadakı konsulu Nicat Sadıxov bildirib.

Diplomatın sözlərinə görə, tədbirdə İspaniyada yaşayan təxminən 100-ə yaxın azərbaycanlı, həmçinin Azərbaycanın dostları - İspaniyanın tanınmış siyasi xadim və iş adlamları iştirak edib. Tədibri Azərbaycanın İspaniyadakı səfiri Məmməd Əliyev açaraq Azərbaycan prezidenti İlham Əliyevin Həmrəylik günü və Yeni ilə münasibətilə təbrikini çatdırıb. Milli musiqi səsləndirilib.

Diplomatın sözlərinə görə, rəsmi məlumatlara əsasən İspaniyada təxminən 900-1000 azərbaycanlı yaşayır, təqribən 500 azərbaycanlının yaşamaq üçün qeydiyyatı var.

Xəbər lenti

Xəbər lenti