...

Heydər Əliyev adına Müasir təhsil kompleksinin yaradılmasının 5-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib

Cəmiyyət Materials 28 Dekabr 2006 16:37 (UTC +04:00)

Dekabrın 27-də Heydər Əliyev adına sarayda Heydər Əliyev adına Müasir təhsil kompleksinin yaradılmasının 5-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.

Trend xəbər verir ki, tədbirdə təhsil naziri Misir Mərdanov, birinci direktor Elman Məmmədov və təhsil kompleksinin fəaliyyətdə olan direktoru Rahim Hüseynov çıxış ediblər.

Sonra Heydər Əliyev adına Müasir təhsil kompleksinin nəzdində fəaliyyət göstərən 39 saylı musiqi məktəbinin şagirdləri və müəllim heyətinin iştirakı ilə bayram konserti keçirilib. Tamaşaçılar Gülnarə Atakişibəyovanın bədii rəhbərli yi ilə məktəb xorunun ifasında Azərbaycan bəstəkarlarının mahnılarını, Mahirə Tabıyevanın rəhbərliyi altında uşaq instrumental ansamblını və İ.Bramsın "Macar rəqsi"ni ifa etmiş respublika müsabiqələri laureatı Rüfət Həsənovun və təhsil kompleksinin 10-cu sinif şagirdi Fərəc Babayevin instrumental duetini yaxşı qarşılayıblar.

Xəbər lenti

Xəbər lenti