...

Türkiyənin "Delta FM 87.5" radiosunda Azərbaycan haqqında ikisaatlıq proqram yayımlanmağa başlayıb

Cəmiyyət Materials 9 Yanvar 2007 12:19 (UTC +04:00)

Türkiyədə yayımlanan "Delta FM 87.5" İstanbul radiosunda bu günden etibarən hər səhər saat 8.00-dan 10.00-dək Azərbaycan musiqisi, Azərbaycan haqqında ən son xəbərlər və Qarabağ haqqında verilişlərdən ibarət proqram yayımlanmağa başlayıb. Bu barədə Trend ə eksklüziv olaraq bu proqramın aparıcısı Fidan Quliyeva məlumat verib.

Onun bildirdiyinə görə, "Azərbaycanın işğal edilmiş torpaqlarını unutmayaq" devizi altında hazırlanan proqramda Qarabağda baş verən hadisələr Türkiyə və dünya ictimaiyyətinə çatdırılacaq. Ermənistanın təcavüzü nəticəsində əziyyət çəkənlərin səsi eşidiləcək, onlardan xüsusi reportajlar hazırlanacaq. Canlı bağlantılar vasitəsilə yalnız Türkiyədə yaşayan azərbaycanlılar deyil, yerli türklər də söhbətə qatılacaqlar. Artıq proqramın ilk buraxilişında bu söhbət yayımlanıb. Radio internetlə dinləndiyindən verilişə dünya azərbaycanlıları da qatılıb. BEE-dən interaktivin sualina cavab verənler də olub.

"Qeyd edim ki, bu radio uzun müddət fəaliyyət göstərsə də, Azərbaycanın səsi layihəsi artıq 6 aydır yayımdadır. Proqram Azərbaycan dilində yayımlanır.Yayım Türkiyə vaxtı ilə hər səbəh saat 8-dən 10- dək davam edir. Türkiyədə yeganə Azərbaycan musiqisi və xəbərlərinin ünvanı məhz bu radiodur. "Delta FM 87.5"-i internetlə dinləyib, hər səhər yayıma qoşulub aktiv iştirak etmək olar. Onu da xatırladım ki, bu radio vaxtilə Azərbaycanda fəaliyyət göstərən "Sara TRSH"nin prezidenti Rəsul Raufundur. Onun sözlərinə görə, proqramın saatının uzadılacağı istisna deyil"-deyə aparıcı xanım məlumat verib.

Xəbər lenti

Xəbər lenti