...

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Gəncədə zona müşavirəsi keçirib

Cəmiyyət Materials 9 Yanvar 2007 12:34 (UTC +04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Gəncədə olub. Trendin Qərb Bürosunun verdiyi məlumata görə, M. Abbaszadə şəhər İcra Hakimiyyəti binasının iclas zalında 22 rayonun təhsil işçilərinin iştirakı ilə zona müşavirəsi keçirib.

Müşavirənin keçirilməsində məqsəd 2006-2007 ci tədris ilinin qəbul imtahanlarının nəticələrini müzakirə etmək olub. M. Abbaszadə bildirib ki, orta məktəblərdə verilən attestat qiymətləri ilə qəbul imtahanlarının nəticələri uyğun gəlmir. O qeyd edib ki, attestatda yüksək qiymət alan abituryentəlrin əksəriyyəti qəbul imtahanında uğurlu nəticə əldə edə bilməyib.

Digər bir məsələ isə növbəti qəbul imtahanında bütün qruplara riyaziyyat fənninin salınması olub. "Riyaziyyat fənninin qəbul imtahanlarına salınması müəyyən şəxslərdə narazılıq yaradıb. Lakin mən bildirirəm ki, bu fənni bütun qruplara sənəd verənlər bilmədirlər" - deyə M. Abbaszadə bildirib.

Komisiyya sədri rayon təhsil idarələrinin işçilərini maraqlandıran sualları da cavablandırıb.

Qeyd edək ki, M. Abbaszadə Gəncəyə özü ilə Tələb Qəbulu üzrə Dövlət Komissiyasının sınaq imtahanlarını yoxlayan xüsusi aparat da gətirib. Bu aparat vasitəsilə bu gün keçirilən sınaq imtahanlarının nəticələri yerindəcə yoxlanılıb və abituryentlərə bildirilib.

Bu gün Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında 450 abituryentin iştirakı ilə sınaq imtahanı keçirilib. İştirakçılardan 10 faizi kodlaşdırmada səhvə yol verib.

Keçirilən zona müşavirəsində sınaq imtahanlarının nəticələri də müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti