...

"Karvan" futbol klubu "Olimpik"in forvardı ilə müqavilə imzalayıb

Cəmiyyət Materials 9 Yanvar 2007 15:43 (UTC +04:00)

"Karvan" futbol klubu "Olimpik"in transferə qoyduğu forvard Vadim Vasilyevlə müqavilə imzalayıb.

Trend xəbər verir ki, yevlaxlılar baş məşqçi Yunis Hüseynova yaxşı təsir bağışlamış Azərbaycan yığmasının keçmiş oyunçusuna baxmaq üçün onu dəvət ediblər, bundan sonra isə tərəflər ilyarım müddətinə müqavilə imzalayıblar. Lakin V.Vasilyevi almaqla transfer bazarında "Karvan"ın fəallığı məhdudlaşmır və indi kollektivin orta xəttini möhkəmləndirməyə qadir olan "Gəncə"nin hücum edən yarımmüdafiəçisi Dmitriy Yeremeyev klubdadır.

Qeyd etmək lazımdır ki, ölkə çempionatında qış fasiləsi zamanı komanda həmçinin "Gəncə"nin müdafiəçisi İlham Yadullayevi, eləcə də "Xəzər"in yarımmüdafiəçisi Kamal Quliyevi alıb.

Xəbər lenti

Xəbər lenti