"Bakı" futbol klubu əvvəllər ölkə çempionu uğrunda çıxış edən argentinalı hücumçu Fernando Pereslə öz heyətini gücləndirmək niyyətindədir.
Trend in verdiyi xəbərə görə, hazırda oyunçunun son altı ay ərzində heyətində çıxış etdiyi Venqriya biriciliyi ilk divizionu klubu ilə müqaviləsinin vaxtı bitir. Ona görə də F. Peres yenidən Azərbaycana qayıtmağın əleyhinə deyil, xüsusən də Böyükağa Hacıyevin rəhbərliyi ilə məşq ştabı cənubi amerikalının potensialını gözəl tanıyır. F. Peresin artıq gələn həftə Bakıya gəlməsi və komanda ilə Birinciliyin ikinci dövrəsində uğurlu oyun gösətərəcəyi təqdirdə müddəti uzana biləcək müqavilə bağlayacağı gözlənilir.
Qeyd etmək lazımdjır ki, son vaxtlar "Bakı"nın hücum xətti əhəmiyyətli dərəcədə zəifləyib və B. Hacıyev onu möhkəmləndirməyə cəhd edir.