...

Azərbaycan Şahmat Federasiyası Avropa-2009 birinciliyinin keçirilməsi üçün ərizə verə bilər

Cəmiyyət Materials 15 Yanvar 2007 13:56 (UTC +04:00)

Azərbaycan Şahmat Federasiyası 2009-cu il Avropa birinciliklərindən birinin keçirilməsi üçün ərizə verə bilər.

Milli Federasiyanın vitse-prezidenti Faiq Həsənov Trend ə bildirib ki, bu, elə bir yarış olmalıdır ki, lövhə sahibləri uğurla çıxış edə bilsin. Hazırda müxtəlif variantlar müzakirə edilir, o cümlədən gənc oğlan və qızlar arasında Avropa birinciliyinin keçirilməsi nəzərdən keçirilir, burada Azərbaycan ustaları ənəvi olaraq əla çıxış edirlər. F.Həsənov bildirib: "Hər bir halda bizim fikirləşmək üçün hələ kifayət qədər vaxtımız var, belə ki, yaxın illər üçün təqvim artıq tutulub".

Qeyd etmək lazımdır ki, Avropa Şahmat İttifaqı rəhbəri Boris Kutin yaxın günlərdə Bakıda olarkən Azərbaycanın 2009-cü ildə hansısa böyük bir yarışın təşkilində təşəbbüs göstərəcəyinə ümidini bildirib.

Xəbər lenti

Xəbər lenti