...

Azərbaycanda xüsusi mühafizə olnunan ərazilərin sahəsi artıb

Cəmiyyət Materials 17 Yanvar 2007 11:06 (UTC +04:00)

Azərbaycanda ölkənin bütün ərazisinə nisbətdə xüsusi mühafizə olunan təbii ərazilərəin sahəsi 4,5 faizdən 9 faizə qədər artıb. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən Trend xəbər verir ki, ölkə parezidentinin göstərişi ilə Böyük Qafqzada ən böyük Şahdağ Milli Parkı yaradılıb. Goranboy rayonu inzibati ərazisində Korçay dövlət təbii qoruğunun yaradılması üçün torpaq ayrılması ilə bağlı nazirlik sənədləri hazırlayıb.

Bundan başqa, ərazisində palçıq vulkanları olan ərazilər üzrə (Bakı, Abşeron və Şamaxı) dövlət təbii qoruqlarının yaradılması ilə bağlı sənədlər nazirlik tərəfindən hazırlanıb Nazirlər Kabinetinə təqdim edilib.

Samur-Yalama Milli Parkının yaradılması ilə bağlı da işlər aparılır.

Xəbər lenti

Xəbər lenti