...

ATƏT Azərbaycan, Ermənistan və Gürcüstan ekoloqlarının görüşünü təşkil edir

Cəmiyyət Materials 17 Yanvar 2007 13:27 (UTC +04:00)

Azərbaycan, Ermənistan və Gürcüstanın dövlət nümayəndələri, eləcə də onların beynəlxalq tərəfdaşları regional təhlükəsizliyə toxuna bilən ekoloji problemləri bu gün ATƏT tərəfindən Tbilisidə təşkil olnumş görüşdə müzakirə edəcəklər. Trend xəbər verir ki, bu barədə ATƏT-in məlumatında deyilir.

Ekoloji deqradasiya, təbii ehtiyatların qeyri-bərabər paylanması və təhlükəli materialların beynəlxalq nəqli məsələsi Environment Security (ENISEC) Initiative proqramının bir hissəsini təşkil edən bügünkü görüşdə nəzərdən keçiriləcək.

ATƏT-in Gürcüstandakı missiyasının rəhbəri, səfir Roy Riv bildirib: "Ekoloji təhlükəsizliklə bağlı bu görüş və proqram regionda ekoloji təhlükəsizliyi təmin etmək üçün Azərbaycan, Ermənistan və Gürcüstana vacib alətlər verir".

Ekoloji təhlükəsizlik təşəbbüsü proqramı 2003-cü ildə yaradılıb, ATƏT birliyi, BMT inkişaf proqramı, BMT, NATO ekoloji prooqramı, BMT-nin Avropada iqtisadi komissiyası və Mərkəzi Avrpada Regional Ekoloji Mərkəzin proqramı əsasında formalaşdırılıb.

Xəbər lenti

Xəbər lenti