...

Qafqaz müsəlmanları idarəsi Aşura günündə müsəlmanları qan verməyə çağırır

Cəmiyyət Materials 18 Yanvar 2007 13:28 (UTC +04:00)

Yanvarın 20-də bütün müsəlmanların müqəddəsi Məhərrəm ayı başlayır, Məhərrəm ayının 10-cu günü - Aşura isə bu il yanvarın 30-na təsadüf edir. Bu barədə Qafqaz müsəlmanları idarəsinin (QMİ) Trend ə daxil olmuş məlumatında qeyd olunub.

Şiyələr bu tarixi Əli və Fatimənin oğlu, Məhəmməd peyğəmbərin (s.ə.) nəvəsi, imam Hüseynin anma günü kimi qeyd edirlər. O, 61-ci il Məhərrəm ayının 10-u Kərbəlada öldürülüb. Hüseyn kiçik dəstə ilə şiyələrin nöqteyi-nəzərindən xilafətdə ona məxsus olmayan hakimiyyəti ələ keçirən xəlifə Yəzidə qarşı çıxış edib. Dəstə məhv edilib, Hüseyn özü isə onlarla yarılmış və kəsilmiş yara alıb.

Kərbəladakı faciə müasirlərə çox güclü təəssürat bağışlayıb. Hüseyn böyük şəhid, Kərbəla isə müsəlmanların sitayiş yeri kimi təsdiq olunub. Onun ölüm gününü şiyələr xüsusi matəm ayinləri ilə qeyd edirlər.

QMİ Aşura günü ilə bağlı bütün müsəlmanlara başsağlığı verir, vətəndaşları dini matəmi sakit şəkildə, qan çıxarmaqla özlərinə xəsarət vermədən keçirməyə, müqəddəs yerlərdə nizam-intizamı gözləməyə və özlərinə əziyyət verməkdən çəkinməyə, bunun əvəzində könüllü şəkildə qan verməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti