...

Azərbaycanın ali təhsil müəssisələrinin 460 bakalavrı Beynəlxalq MBA Proqramı üzrə ali məktəblərin magistraturalarına sənəd veriblər

Cəmiyyət Materials 19 Yanvar 2007 17:13 (UTC +04:00)

Azərbaycanın ali təhsil müəssisələrinin 460 bakalavrı Beynəlxalq MBA (Master of Business Administration) Proqramı üzrə ali məktəblərin magistraturalarına sənəd veriblər. Bu barədə Trend ə sənəd qəbulunun təşkilatçısı olan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

MBA proqramında 204 yer ayrılıb. Təhsil Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, "Odlar yurdu" Univesiteti, Qərb Universiteti, Qafqaz Universiteti və Xəzər Universitetində həyata keçiriləcək. Magistraturaya ixtisasından asılı olmayaraq, bütün bakalavrlar sənəd verə bilərlər. Azərbaycan bölməsinə 354, rus bölməsinə 136 sənəd qəbul olunub.

İmtahanda bakalavrlara 100 test tapşırığı təklif olunacaq. 50 test tapşırığı məntiqi təfəkkür, 20- xarici dil, 30-u ixtisasdan olacaq.

İmtahanda ən azı 50 bal toplamış bakalavrlar müsabiqəyə buraxılacaqlar. Eyni zamanda bakalavr ingilis dilindən təqdim olunmuş sualların ən azı 40 faizinə düzgün cavab verməlidir.

Xəbər lenti

Xəbər lenti