...

Rusiyada yaşayan və ora gedən azərbaycanlılara "yaddaş kitabçası" paylanılır

Cəmiyyət Materials 20 Yanvar 2007 12:55 (UTC +04:00)

Rusiyada miqrantların statusuna dair yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar bu ölkəyə gedən və orada yaşayan azərbaycanlılara "yaddaş kitabçası" paylanılır. Bu barədə Trend ə Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Moskva şəhər təşkilatının sədri İlqar Hacıyev məlumat verib.

O bildirib ki, kitabçada Rusiyanın böyük regionlarında yaradılmış qərargahların, Azərbaycan səfirliyinin, konsulluğun əlaqə telefonları göstərilib, eləcə də Rusiyada gələn miqrantlara lazım olan sənədlər, onların hansı obyektlərə təqdim olunması və digər proseduralar barədə məlumatlar, tövsiyələr əks olunub.

İ.Hacıyev deyib ki, Moskva şəhərində yaradılmış qərargaha hər gün 15-20 nəfər azərbaycanlı müraciət edir. Onlar əsasən Rusiyada iş icazəsi və qeydiyyatla maraqlanırlar. Qərargah həmçinin Azərbaycan Respublikasının Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi ilə mütəmadi olaraq məlumat mübadiləsi aparır. Dövlət Komitəsində yaradılmış qərargahla internet vasitəsilə "telekörpü" yaradılır.

İ.Hacıyev əlavə edib ki, Rusiyada miqrasiya haqqında yeni qanun veriləndən sonra öz vətəndaşlarına köməklik göstərmək üçün ilk və ən fəal şəkildə reaksiya verən, tədbirlər görən Azərbaycan Respublikası oldu.

Xəbər lenti

Xəbər lenti