...

Azərbaycan MOK-un vitse -prezidenti hesab edir ki, 2008-ci il Olimpiya oyunlarında heç bir dəyişiklik baş verməyəcək

Cəmiyyət Materials 20 Yanvar 2007 13:09 (UTC +04:00)

"2008-ci il Olimpiya oyunlarında heç bir dəyişiklik baş verməyəcək". Bu barədə Trend ə Milli Olimpiya Komitəsinin vitse -prezidenti Çingiz Hüseynzadə dörd ilin əsas yarışına bu və ya digər növün daxil olması imkanı haqqında danışarkən bildirib.

Onun sözlərinə görə, bu məsələni nəzərdən keçirərkən MOK Olimpiadanın iştirakçılarının ümumi sayının (10500 nəfərə qədər) və üç yüzə bərabər qazanılacaq mükafat dəstinin sayının dəyişməz olması prinsipinə əsaslanır. "Məsələn, əgər Güləş Federasiyası Olimpiadaya qadınlar arasında yarışları daxil etmək istəyirdisə, o, kişilərdə çəki kateqoriyalarının sayını azaldırdı. Kişilər arasında yarışda kateqoriyaların sayının azaldılması vasitəsilə qadınlar arasında boksun Olimpiadaya daxil edilməsi haqqında da danışıqlar gedib. Yəni dəyişikliklər yalnız elə çərçivədə olmalıdır ki, idmanın bu və ya digər növündə iştirakçıların və mükafatların ümumi sayı dəyişməsin", - deyə Ç.Hüseynzadə vurğulayıb.

Xəbər lenti

Xəbər lenti