...

Sankt-Peterburqdakı Baş Konsulluq və milli-mədəni muxtariyyat 20 Yanvar faciəsinin ildöünümü qeyd edib

Cəmiyyət Materials 22 Yanvar 2007 11:48 (UTC +04:00)

20 Yanvar faciəsinin 17-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş Konsulluğu, bu şəhərdəki azərbaycanlıların milli-mədəni muxtariyyatı ilə birgə şəhərin Kronverqskiy küç, 7 ünvanında yerləşən Göy Məsciddə mərasim keçirilib. Bu barədə Trend ə Sankt Peterburqdakı Baş Konsulluqdan məlumat verilib.

Təxminən 500 nəfərin qatıldığı ildönüm mərasimində Sankt-Peterburq və Leninqrad vilayətində yaşayan azərbaycanlıların, özbək, tatar, tacik, dağıstan diasporaların nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Azərbaycanın Baş Konsulu Qüdsi Osmanov 20 yanvar faciəsini xatırlayaraq bu qətliamın ağır nəticələri, mahiyyəti barədə danışıb, SSRİ ordusunun xalqımıza qarşı törətdiyi dəhşətin yaddaşlardan silinmədiyini vurğulayıb. Mərasimdə çıxış edən milli-mədəni muxtariyyatın sədri V.Məmişov da 20 yanvar faciəsindən söz açaraq bu qətliamın bütün dünyada yaşayan azərbaycanlılar tərəfindən kəskin hiddətlə qarşılandığını deyib.

Mərasimin sonunda məsciddə Rusiya Federasiyasının Şimal-Qərb regionundakı müsəlmanların Rühani İdarəsinin Sədri J.Ponçayev tərəfindən şəhidlərin ruhuna Quran ayələri oxunub. Tədbirdən sonra məsciddə ehsan süfrəsi verilib.

Xəbər lenti

Xəbər lenti