...

Aparıcı Azərbaycan döyüşçüləri – "klassiklər" Fransada keçirilən turnirdə iştirak edəcəklər

Cəmiyyət Materials 24 Yanvar 2007 16:43 (UTC +04:00)

Yunan-roma döyüşü üzrə Azərbaycan yığmasının liderləri yaxın günlərdə Kreteledə (Fransa) keçiriləcək beynəlxalq turnirə qatılacaqlar.

Milli komandanın baş məşqçisi Elçin Cəfərovun Trend ə bildirdiyinə görə, xalı üzərinə keçən ilin göstəricilərnə görə ən yaxşı idmançılar Rövşən Bayramov (55 kq), 2005-ci il Avropa çempionu Vitaliy Rəhimov (60 kq), həmçinin belindən aldığı ağır zədə üzündən son iki ildə yarışlarda iştirak etməyən Afina Olimpiadası qalibi Fərib Mansurov (66 kq) çıxacaq. F.Mansurov bu ilin əvvəlindən məşqlərə başlayıb və xalı üzərinə qayıdır.

İdmançılar hələ özlərinin ən yaxşı formalarını yığmasalar belə, komandanın ən yüksək mükfatlar əldə etmək imkan var.

Xəbər lenti

Xəbər lenti