...

Azərbaycan taekvandoçuları Misirə yarışa yola düşüblər

Cəmiyyət Materials 26 Yanvar 2007 12:22 (UTC +04:00)

Taekvando üzrə Azərbaycan komandası fevralın 27-də Misirdə başlayacaq "İskəndəriyyə Open" beynəlxalq yarışında iştirak edəcək.

Milli Federasiyadan Trend ə bildiriblər ki, komandanın tərkibinə Vasif Qurbanov (58 kq), Tural Vəlibəyov (67 kq), Elvin Məmmədov (72 kq), Ramin Nicatlı (78 kq) və Vüqar Məcidov (+84 kq) daxildir. Onlar bu yaxınlarda keçirilən respublika birinciliyinin mükfatçılarıdır. Həmçinin dayanqa Eldar Qurbanov (55 kq), Nicat Haqverdiyev (59 kq), Səbuhi İsmayılov (68 kq) da çıxacaq, onlar gənclər arasında bəxtlərini sınayacaqlar.

Qeyd etmək lazımdar ki, bu yarış hazırkı mövsümdə milli taekvandoçularımız üçün ilk beynəlxalq yarış olacaq, bundan başqa bu təqvimə mayda Pekində keçiriləcək dünya çempionatı və sentyabrda Mançestrdə keçiriləcək lisenziyalı yarış da daxildir.

Xəbər lenti

Xəbər lenti