...

Olimpiada-2016-nı qəbul etmək üçün Bakının minimum yeddi rəqib şəhəri olacaq

Cəmiyyət Materials 26 Yanvar 2007 15:43 (UTC +04:00)

Olimpiada-2016-nı qəbul etmək üçün Bakının minimum yeddi rəqib şəhəri olacaq.

Amerika KİV-nə istinadən Trend in verdiyi məlumata əsasən, Madrid, Nyu-Deli, Praqa, Rio-de-Janeyro, Roma və Tokio şəhərləri oyunu təşki etmək arzusunda olduğunu artıq elan ediblər. Los-Anceles və Çikaqo şəhərləri isə ABŞ-ın Olimpiada komitəsinə müraciət göndəriblər. ABŞ-ın Milli Olimpiada Komitəsinin sədr müavini Bob Stverlikin sözlərinə görə, beş həftə ərzində xüsusi komissiya təqdim olunmuş şəhərləri tədqiq edəcək və səfər yoxlamaları aparacaq. Xatırladaq ki, Beynəlxalq Olimpiya Komitəsinə müraciətlərin təqdim edilməsinin son müddəti martın 31-dir. Buna görə də namizədlərin bütün lazımi sənədləri qaydaya salmaq üçün kifayət qədər vaxtı var.

Xəbər lenti

Xəbər lenti