...

Yuvenal ədliyyə yenə də Ombudsman Aparatının gündəliyindədir

Cəmiyyət Materials 31 Yanvar 2007 13:16 (UTC +04:00)

Bu gün Ombudsman Aparatında Yuvenal ədliyyənin yaradılması məsələsinin növbəti müzakirəsi keçirilib. Bu barədə Trend ə nümayəndələri tədbirdə olan Penitensiar xidmətdən məlumat verilib. Qeyd olunub ki, PX-də bu yaxınlarda dondurulmuş Binəqədi rayonunda uşaq ədliyyəsi üzrə pilot layihə yenə də işə salınacaq.

Qeyd edək ki, bu ilin yanvar ayında UNİCEF-in üç aya nəzərdə tutulmuş, yuvenal ədliyyə üzrə birgə pilot layihəsi dondurulub. Onun çərçivəsində respublika üzrə xüsusi yuvenal məhkəmələrin, yeniyetmələrin alternativ cəzalanması üzrə Yuvenal məcəllənin və b. yaradılması planlaşdırılır.

PX nümayəndələri təsdiq edir ki, Azərbaycanda yuvenal məhkəmə şəbəkəsinin yaradılmasına zərurət yoxdur. Uşaq ədliyyəsinin tətbiq olunması üçün hər instansiyada yuvenal hakimlərin bir neçə heyətinin hazırlanması kifayətdir. Axı Azərbaycanda uşaq cinayətkarlığı o qədər də böyük deyil, hər il yeniyetmələr təxminən 450 cinayət törədir, onlardan 250-si baxılmaq üçün məhkəməyə göndərilir və nəticədə saxlanılanların 10-15%-i cinayət məsuliyyətinə cəlb olunur. Ukrayna ilə müqayisə aparsaq, qeyd etmək olar ki, orada təxminən 100 000 sahibsiz uşaq var, 2005-ci ildə yeniyetmələrin törətdiyi cinayətlərin sayı 20 000 işi ötüb. Lakin buna baxmayaraq, alternativ cəza metodundan imtina etmək olmaz.

Xəbər lenti

Xəbər lenti