...

Azərbaycan və Rusiya ombudsmanları RF-də yaşayan azərbaycanlıların miqrasiya problemlərini müzakirə edəcəklər

Cəmiyyət Materials 5 Fevral 2007 11:35 (UTC +04:00)

Azərbaycanın insan haqları üzrə səlahiyyətli nümayəndəsi Elmira Süleymanova Moskvada işgüzar səfərdədir. Azərbaycan ombudsmanı aparatından Trend ə bildiriblər ki, bu gün ombudsman RF-nin insan haqları üzrə səlahiyyətli nümayəndəsi Vladimir Lukinlə görüşəcək.

Görüşdə tərəflər miqrasiya ilə bağlı yeni Rusiya qanunun tətbiqi ilə bağlı Rusiyada yaşayan azərbaycanlıların problemlərinin həll edilməsi vəziyyətini müzakirə edəcəklər.

Səfər çərçivəsində Azərbaycan ombudsmanı müvəqqəti olaraq RF ərazisində yaşayan azərbaycanlıların haqlarının qorunması vəziyyəti ilə tanış olacaq, müvafiq dövlət strukturlarında görüşlər keçirəcək, ölkə hakimiyyətinin rəsmi şəxsləri ilə həmvətənlərimizin prorblemlərinin həlli yollarını müzakirə edəcək.

Ombudsmanın Azərbaycan diasporu ilə görüşü də planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti