...

"Yaqupov və Co" promouter şirkətinin başçısı: Əli İsmayılovun rəqibləri getdikcə daha mürəkkəb olacaq

Cəmiyyət Materials 13 Fevral 2007 15:38 (UTC +04:00)

"Əli İsmayılov üçün WBO Latino kəmərini qazanmaq peşəkar idmanda uğurlu karyeranın yalnız birinci mərhələsidir". Bu barədə "Yaqupov və Co" promouter şirkətinin başçısı Aleksandr Yaqupov boksçumuzun Sankt-Peterburqda braziliyalı Lusiano Torres üzərində qələbəsini qiymətləndirərkən bildirib.

Trend in pro-box.ru saytına istinadən verdiyi xəbərə görə, peşəkar boks axşamının təşkilatçısı kimi çıxış edən promouter vurğulayıb ki, getdikcə rəqiblər daha mürəkkəb olacaq və artıq Ə.İsmayılov üçün asan görüş olmayacaq. WBO Latino titulunu qazandıqdan sonra Əli, yəqin ki, mütəmadi WBO reytinqinə daxil olacaq, bu isə ona beynəlxalq arenaya çıxmağa və uzaq xaricdə döyüşlər keçirməyə imkan verəcək. O cümlədən, öz karyerasını uğurla davam etdirən Azərbaycan yığmasının eks-kapitanının Finlyandiya və Hollandiyada rinqə çıxacağı da ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti