...

Azərbaycan və Rusiya təhsil sahəsində əmakdaşlıq haqqında saziş imzalayacaqlar

Cəmiyyət Materials 26 Fevral 2007 17:21 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva/ Azərbaycan və Rusiyanın Təhsil Nazirlikləri təhsil sahəsində əmakdaşlıq haqqında saziş imzalayacaqlar. Təhsil Nazirliyindən verilən məlumata görə, sənəd martın 1-3 -də Rusiyanın təhsil naziri Andrey Fursenkonun Azərbaycana rəsmi səfəri zamanı imzalanacaq. Rusiya nazirinin səfəri çərçivəsində təhsil sahəsində ikitərəfli məsləhətləşmələrin aparılması da planlaşdırılır. Məslənətləşmələr zamanı tərəflərin əməkdaşlığın inkişafı, məlumat mübadiləsi, diplomların qarşılıqlı tanınması, eləcə də Azərbaycanda fəaliyyət göstərən Rusiyanın ali tənsil müəssisələrinin filiallarının fəaliyyətini müzakirə edəcəyi də gözlənilir. A. Fursenko səfər zamanı Azərbaycanın bir sıra tənsil müəssisələrinə də baş çəkəcək.

Xəbər lenti

Xəbər lenti