...

Rafiq Tağı və Samir Sədaqətoğlunun işi üzrə hazırlıq iclası təxirə salınıb

Cəmiyyət Materials 1 Mart 2007 13:01 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend K.Zərbalıyeva/Martın 1-də Nəsimi rayon məhkəməsində hakim Məmmədəli Zülfüqarovun sədrliyi ilə yazar Rafiq Tağı və "Sənət qəzeti"nin baş redaktoru Samir Sədaqətoğlunun barəsindəki cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Məhkəmədən bildirilib ki, R.Tağı hüquqlarının müdafiəsi üçün vəkil İsaxan Aşurovla müqavilə bağlanmasını istəyib. Bu səbəbdən də hazırlıq iclası martın 5-ə təxirə salınıb.

Qeyd edək ki, İ.Aşurov S.Sədaqətoğlunun vəkili kimi hazırlıq iclasında iştirak edib. Xatırladaq ki, Rafiq Tağı və Samir Sədaqətoğlu Cinayət Məcəlləsinin 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsi ilə ittiham olunurlar.

Xəbər lenti

Xəbər lenti