...

"Məktəblinin biznes günü" proqramının qaliblərinə mükafatların təqdimolunma mərasimi keçirilib

Cəmiyyət Materials 2 Mart 2007 19:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və fərdi sponsorlar tərəfindən maliyyələşdirilən "Azərbaycan məktəblərində iqtisadiyatın tədrisi" proqramı çərçivəsində "Məktəblinin biznes günü" proqramı yekunldaşıb. Martın 2-də Avropa otelində mükafatların qaliblərə təqdimolunma mərasimi keçirilib.

Mərasimdə ABŞ-ın Azərbaycandakı səfiri xanım Enn Dersi bildirib ki, bu proqramda iştirak edən şagirdlər gələcəkdə Azərbaycan iqtisadiyyatının inkişafına öz töhvələrini verəcəklər. Təhsil Nazirliyinin nümayəndəsi Fərzəli Qədirov isə qeyd edib ki, proqram 180 məktəbdə uğurla keçirilib. 1-ci yeri Sumqayıt şəhər 15 saylı məktəb, 2-ci yeri Bakı şəhər 164 saylı məktəb, 3-cü yeri Bakı şəhəri 95 saylı, 4-cü yeri isə Göyçay rayonu 13 saylı məktəb və Mingəçevir şəhər 3 saylı məktəb tutub.

Xəbər lenti

Xəbər lenti