...

Azərbaycan Yazıçılar Birliyinın katibi: "ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsində işləmək istərdim"

Cəmiyyət Materials 6 Mart 2007 14:41 (UTC +04:00)
Azərbaycan Yazıçılar Birliyinın katibi: "ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsində işləmək istərdim"

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynli/ Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsində (MKİ) işləmək arzusunda olduğunu bəyan edib. Bu barədə məlumat verən Ç.Abdullayev vaxtilə keçmiş SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsində (DTK) işləməsinə baxmayaraq, hazırda ABŞ-ın MKİ-də çalışmağa hazır olduğunu deyib.

Onun sözlərinə görə, yazdığı əsərlərdə DTK-nın arxivində olan faktlardan istifadə edib.

Ç.Abdullayev Quba yəhudiləri ilə bağlı kitab yazdığını da bildirib.

Xəbər lenti

Xəbər lenti