...

Azərbaycan voleybolçuları İtaliya çempionatında debütə hazırlaşırlar

Cəmiyyət Materials 6 Mart 2007 17:15 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ Azərbaycan voleybolçuları Natalya Məmmədova və Yelena Parxomenko İtaliya çempionatında debütə hazırlaşırlar.

"Azərreyl"in hər iki oyunçusunun Trend ə verdiyi məlumata görə artıq onlar yeni klublara keçidlərini tam olaraq rəsmiləşdiriblər və indi Apenin yarımadasındadırlar.

Xəbər verildiyi kimi artıq üçüncü dəfə Çempionlar Liqasının ən yaxşı hücumçusu adını almış N.Məmmədova martın 7-dən etibarən "Biqmat Sanpaolo Kyari" komandasında oynayacaq. Yelena Parxomenko isə "Meqius Padovı" klubunun maraqlarını müdafiə edəcək. Eyni zamanda Oksana Parxomenko və libero Valerioya Korotenko da Sürixdə "Volero" komandasına keçidlə bağlı bu günlərdə müqavilə bağlamaq üzrədirlər.

Qeyd edək ki, "Azərreyl" voleybolçuları İtaliya və İsveçrə çempionatları sona çatana qədər bir neçə aylıq transfer olunublar.

Xəbər lenti

Xəbər lenti