...

TQDK-nın sədri: "Ali məktəblərə qəbul imtahanlarında qanunsuz yollarla yüksək nəticələr göstərməyə çalışan abituriyentlərin cavabları ləğv olunacaq"

Cəmiyyət Materials 7 Mart 2007 13:18 (UTC +04:00)
TQDK-nın sədri: "Ali məktəblərə qəbul imtahanlarında qanunsuz yollarla yüksək nəticələr göstərməyə çalışan abituriyentlərin cavabları ləğv olunacaq"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ 2007-ci ilin ali məktəblərə qəbul imtahanlarında qanunsuz yollara əl ataraq yüksək nəticələr göstərməyə çalışan abituriyentlərin cavabları ləğv olunacaq. Bu barədə Trend ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə açıqlama verib.

O qeyd edib ki, TQDK qəbul imtahanlarında kiminsə qanunsuz yolla yaxşı nəticələr əldə etməsinə imkan verməyəcək: "Əgər imtahanda nəzarət edən şəxs öz vəzifələrini düzgün yerinə yetirirsə, heç bir pozuntu da baş vermir. Abituriyentlər özləri ilə imtahata mobil telefon, yazılı materiallar gətirirlər ki, cavabları yazarkən istifadə etsinlər. TQDK belə halların qarşısını alır. Bir neçə il əvvəl TQDK-nın məlumat bankına müdaxilə etmiş şəxslər məsuliyyətə cəlb olundular. Həmin şparqalkaları əldə edən abituriyentlər də öz nəticələrinin ləğv edilməsinin şahidi oldular. Yəni, hər bir belə qanunsuz müdaxilələrdən abituriyentlər özləri ziyan çəkirlər. Ona görə də heç kim öz biliyindən başqa heç nəyə güvənməməlidir"-deyə M.Abbaszadə vurğulayıb.

Xəbər lenti

Xəbər lenti