...

Əfv Komissiyasının üzvü: "Əfv olunması mümkün sayılan şəxslərin siyahı hazırdır"

Cəmiyyət Materials 12 Mart 2007 16:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Əfv olunması mümkün sayılan şəxslərin siyahısı hazırdır. Prezident yanında Əfv Komissiyasının üzvü, millət vəkili Azay Quliyev bildirib ki, komissiya yaxın günlərdə işini yekunlaşdırıb siyahını prezident İlham Əliyevə təqdim edəcək.

Lakin komissiya üzvü əfv olunması mümkün sayılan şəxslərin siyahısına neçə nəfər məhbusun adının daxil edildiyini açıqlamayıb.

Novruz bayramı ərəfəsində əfv fərmanının imzalanıb-imzalanmayacağına gəlincə A.Quliyev vurğulayıb ki, bu, prezidentin səlahiyyətinə aid olan məsələdir: "Ona görə də əfv fərmanının nə vaxt imzalanacağını deyə bilmərəm."

Bəzi hüquq müdafiəçilərinin siyasi məhbus kimi təqdim etdikləri şəxslərin adının əfv olunması mümkün sayılan şəxslərin siyahısına daxil edilib-edilmədiyinə gəlincə, millət vəkili konkret ad çəkməyib.

O deyib ki, Əfv Komissiyası işini davam etdirir.

Xəbər lenti

Xəbər lenti