...

Azərbaycanda vərəmin tədqiqi üzrə laboratoriya yaradılır

Cəmiyyət Materials 13 Mart 2007 13:37 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/Azərbaycanda vərəmin tədqiqi üçün ilk xüsusi milli laboratoriya yaradılacaq. Bu barədə bu gün Ağciyər xəstəlikləri üzrə Elmi Tədqiqat İnstitutunun direktoru Faiq Ağayev məlumat verib.

Onun sözlərinə görə, laboratoriyanın tikintisi dekabrın sonunda başlanılıb və hazırda tikinti işlərinin təxminən 40 faizi yerinə yetirilib. Bu, ikimərtəbəli bina olacaq, birinci mərtəbənin tikintisi başa çatıb. Laboratoriyanın yayın sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulub.

"Bu laboratoriyanın yaradılması vərəmə qarşı mübarizə sahəsində Ümumdünya Səhiyyə Təşkilatının tələblərindən biridir", - deyə F.Ağayev məlumat verib.

Xəbər lenti

Xəbər lenti