...

ANS-in tezliyi üzrə elan olunan tenderin müddəti uzadıldı

Cəmiyyət Materials 14 Mart 2007 17:08 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ ANS telekanalı və ANS CM radiosunun tezliyi üzrə elan olunan tenderin müddəti martın 31-nə qədər uzadılıb. Bununla bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) bu gün keçirilən iclasında qərar çıxarılıb. Buna səbəb elan olunan növbəti tenderin bir hissəsinin bayram günlərinə düşməsidir.

Tender martın 20-də başa çatmalı idi. Aprelin 20-nə qədər isə MTRŞ tenderin nəticələrini elan etməliydi. Bu günə qədər tenderdə iştirak etmək üçün təkcə ANS sənədlərini Teleradio Şurasına təqdim edib.

Xəbər lenti

Xəbər lenti