...

Almaniyada Qarabağla bağlı konfrans keçiriləcək

Cəmiyyət Materials 15 Mart 2007 16:04 (UTC +04:00)

Fransa, Strasburq/ Trend müxbir E.Məcidli/ Almaniyanın Manhaym şəhərində Qarabağla bağlı konfrans təşkil ediləcək. Manhaymda yaşayan azərbaycanlıların təşkil etdiyi konfransda erməni və azərbaycanlı araşdırmaçılar çıxış edəcək. Martın 17-18-də keçiriləcək konfransda şəhərdə təhsil alan tələbələrlə yanaşı, yerli və xarici qonaqlar da iştirak edəcək.

Mart ayının 23-də isə Manhaymda "Azərbaycan Gecəsi" adlı tədbir keçiriləcək. 70-dən çox alman təhsil və elm adamının dəvət edildiyi gecədə Azərbaycanın tarixi, mədəniyyəti haqqında geniş məlumat veriləcək.

Azərbaycanın Almaniyadakı səfirliyinin də dəstəklədiyi bu tədbirdə qonaqlara Azərbaycan mətbəxindən nümunələr təqdim olunacaq.

Bir sıra yerli və xarici ölkə vətəndaşları da iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti