...

Cənubi Qafqaz sakinləri kinoya əylənməyə gedirlər

Cəmiyyət Materials 15 Mart 2007 17:44 (UTC +04:00)

Cənubi Qafqazdakı kino izləyiciləri daha çox komik janrı sevirlər. Bunu Cənubi Qafqaz ölkələrində müstəqil kinematoqrafçılar Assosiasiyası Tiflisdə keçirilən təqdimatında bildirib.

Gürcüstan, Azərbaycan və Ermənistan paytaxtlarında aparılan araşdırmalar Tiflis, Bakı və İrəvanda olan kinoizləyicilərin 50 faizinin komediyaya daha çox üstünlük verdiklərini üzə çıxarıb. Trend in xüsusi müxbirinin verdiyi məlumata görə, bu məsələdə 3 Qafqaz ölkəsinin tamaşaçıları bir-birlərindən fərqlənməyiblər.

Qeyd etmək lazımdır ki, Gürcüstanda döyüş filmlərinə daha az - 4% tamaşaçı baxır, eyni zamanda Ermənistan və Azərbayacanda isə bu rəqəm 14%-dir. Azərbaycanda komediyalardan sonra ikinci yerdə 12,9 faizlə seriallar dayanır.

Hind filmlərinin də sevildiyi Azərbaycanda mlli kinoşəkillərə daha çox üstünlük verilir. Gürcüstanda isə bu yeri amerikan və fransız kinoşəkilləri tutur.

Araşdırma nəticəsində o da məlum olub ki, Azərbaycanda kinoya 82% evdə baxmağı, Gürcüstanda isə 58% kineteatrlara getməyi sevirlər.

Xəbər lenti

Xəbər lenti