...

Səhiyyə Nazirliyi Mirqasımov adına xəstəxananın ərazisindəki apteki bağlayıb

Cəmiyyət Materials 15 Mart 2007 19:46 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının ərazisində yerləşən Orucəli Quliyevə məxsus aptekə baxış keçirib. Bu barədə məlumatı İnnovasiya və Təchizat Mərkəzi yayıb.

Baxış zamanı bir sıra qanun pozuntuları aşkar olununb. Aptekdə tibbi biliyi olmadan dərman satışı ilə məşğul olan bir neçə nəfər aşkar olunub. Laborator müayinədən keçməyən bəzi dərman preparatları ekspert müayinəsi üçün götürülüb.

26 növ dərman preparatından 5-i normativ-texniki sənədlərə uyğun olmayıb və istifadə üçün yararsız hesab olunub. Çoxsaylı qanun pozuntuları nəzərə alınaraq aptekin lisenziyası geri alınıb.

2006-cı il ərzində Səhiyyə Nazirliyi müvafiq standart və tələblərə cavab verməyən 44 aptekin işini dayandırıb.

Xəbər lenti

Xəbər lenti