...

Qrossmeyster Teymur Rəcəbov Amber-2007 turnirində 8-ci reytinqdədir

Cəmiyyət Materials 17 Mart 2007 13:21 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend Z.Səfərov/ Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov martın 17-də Monakoda başlayan nüfuzlu Amber-2007 turnerində iştirakçılar arasında 8-ci reytinqdədir.

Trend in verdiyi məlumata görə, şahmatçı şəxsi göstəriciləriylə rusiyalı Petr Svidlar, norveçli Maqnus Karlsen, Hollandiyadan olan Lyuk Van Vel və İspaniya nümayəndəsi Fransisko Valexonu qabaqlayır. Eyni zamanda yarışın favoritlər reytinqində məşhur hindinsanlı Vişvanatan Anand, onun ardınca rusiyalı Vladimir Kramnik və Aleksandr Morozeviç, Ukraynadan Vasili İvançuk, rumıniyalı Peter Leko və İsraildən Boris Qelfand var.

Qeyd etmək lazımdır ki, 12 qrossmeyster dairəvi sistem üzrə oynayır. Turnerin ümumi mükafat fondu 216 000 avro təşkil edir.

Xəbər lenti

Xəbər lenti