...

"Trend" Agentliyi "Xalq Jurnalisti" – ümumazərbaycan müsabiqəsi elan edir

Cəmiyyət Materials 27 Mart 2007 11:00 (UTC +04:00)

Əgər siz fövqəladə, qeyri-adi və çox maraqlı hadisənin şahidi olmusuz və bunu foto, yaxud videolentə cəkə bilmisiz, həmçinin hamıya maraqlı olacaq məlumata maliksiniz, o zaman Siz Trend informasiya agentliyinin yeni "Xalq jurnalisti" müsabiqəsində iştirak edə bilərsiz.

Sizin eksklüziv məlumatlarınızı, video və foto (həmçinin mobil telefonla çəkilmiş) materiallarınizı gözləyirik. Çəkdiyiniz kadr və bildiyiniz informasiyaları [email protected] elektron poçtuna, həmçinin SMS, yaxud MMS-lə (+994 50) 440 44 33 nömrəsinə göndərə bilərsiz. Məlumatlarınızı Əziz Əliyev 11 ünvanında yerləşən Trend informasiya agentliyinin ofisinə də gətirə bilərsiz ("Azərbaycan" kinoteatrının yaxınlığında).

"Xalq jurnalisti" mukafatinin qalibi hər ayın sonunda müəyyənləşəcək. News.trendaz.com, life.trendaz.com , capital.trendaz.com , photo.trendaz.com saytlarinda yerləşdiriləcək ən əhəmiyətli, operativ və maraqlı informasiya, foto,video materialin muallifi qiymətli hədiyyə - mobil telefon qazanacaq.

Xəbər lenti

Xəbər lenti