...

Azərbaycanın futbol üzrə yığması Finlandiya ilə yarış ərəfəsində itki yaşayır

Cəmiyyət Materials 28 Mart 2007 14:26 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend Z.Səfərov/ Azərbaycanın futbol üzrə yığması martın 28-də T.Bəhrəmov adına Respublika stadionunda keçiriləcək Avropa-2008 çempionatında Finlandiya ilə seçmə yarış ərəfəsində itki ilə qarşılaşıb.

Trend in məlumatına görə, komandanın baş məşqçisi Şahin Diniyev hücumçu Kənan Kərimovun xidmətlərindən istifadə edə bilməyəcək. Çünki o, Polşa ilə oyunda zədə alıb. İdmançı skandinaviyalılarla ilə təkbətək yarışa qədər də özünü bərpa edə bilməyib, buna görə də əsas heyətdə onun yerini Vaqif Cavadov və ya Leandro Qomeş tuta bilər.

Qeyd edək ki, finlandiyalılar Bakıya favorit qruplardan biri olan "A" dərəcəsində gəliblər. Onlar hələlik Polşadan 2 xal geri qalmaqla 2-ci yeri tuturlar və ehtiyatda oyunları var.

Xəbər lenti

Xəbər lenti