...

Qrossmeyster Teymur Rəcəbov Monte-Karloda keçirilən turnirdə 9-cu yeri tutub

Cəmiyyət Materials 30 Mart 2007 13:05 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend Z.Səfərov/ Azərbaycan qrossmeysteri Teymur Rəcəbov Monte-Karloda keçirilən tanınmış "Melody Amber" turnirində 9-cü yeri tutub. Trend in məlumatına görə, yekun tur çərçivəsində şahmatçı şahmat lövhəsində macar Petra Lekoya qarşı oturub və "kor" mərhələdə onunla heç-heçə oynayıb. Ancaq sürətli şahmatda, daha dəqiq desək, rapiddə rəqib milli şahmatçıdan yüksəkdə durub, o isə nəticədə 9 xal yığıb və turnir protokolunda hollandiyalı Lyuk Van Veli və İspaniyadan olan Fransisko Valyexu qabaqlayıb.

Qısası, o, yarışda rusiyalı Aleksandr Morozeviç və erməni Levon Aronyanla bərabər bu rəqiblər üzərində də qələbə qazanıb. Əsas mükafat hindistanlı Vişvanatan Anandı 2 xal qabaqlayan dünya çempionu Vladimir Kramnikə qismət olub.

Xəbər lenti

Xəbər lenti