...

ATƏT ekologiya məsələləri ilə bağlı Azərbaycan regionlarında fəal iş aparacaq

Cəmiyyət Materials 30 Mart 2007 15:10 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend M.Kərimova/ATƏT-in Azərbaycandakı nümayəndəliyi respublikanın regionları, o cümlədən bələdiyyələrlə fəal iş aparacaq. Bu barədə ATƏT-in Azərbaycandakı nümayəndəliyinin ekoloji və iqtisadi məsələləri üzrə məsləhətçisi Torbyorn Byorvatn (Torbjorn Bjorvatn) məlumat verib.

Hazırda ATƏT missiyasının regionlarda aparacağı konkret işlər ətrafında müzakirələr aparılır. Vəzifələrdən biri yaxın zamanlarda bir neçə il bündan əvvəl ATƏT missiyasının Bakıda yaratdığı mərkəz kimi bir sıra Azərbaycan rayonlarında Orxussk mərkəzlərinin yaradılmasıdır. Həmçinin bu cür mərkəzin Gəncə şəhərində də yaradılması planlaşdırılır, deyə Byorvatn məlumat verib.

Onun sözlərinə görə, dünyadakı vəziyyətin inkişafında ATƏT də müasir dövrün tələblərinə cavab verməyə çalışır. Təşkilat öz işində həm respublika nazirlikləri, həm də yerli qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq etməyi davam etdirmək niyyətindədir. Byorvatn qeyri-hökumət təşkilatlarını ölkədə demokratiyanın onlarsız mümkün olmayan cəmiyyətin vacib hissəsi adlandırıb. Hazırda müzakirələr prosesi gedir.

Xəbər lenti

Xəbər lenti