...

Azərbaycan məktəblərində fiziki tərbiyənin inkişafı layihəsi həyata keçiriləcək

Cəmiyyət Materials 31 Mart 2007 13:04 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Britaniya hökuməti, Britaniya Şurası və UNICEF Azərbaycan məktəblərində fiziki tərbiyənin inkişafı birgə layihə həyata keçirəcək. Layihə çərçivəsində ümümtəhsil məktəblərinin idman zallarının təmir olunması, idman müəllimlərinin ixtisasının artırılması nəzərdə tutulub. Bu barədə Təhsil Nazirliyindən bildirilib.

Layihə həmçinin fiziki qüsurlu, internat məktəblərindəki və qaçqın uşaqları əhatə edəcək .

Bu işlərin həyata keçirilməsinə Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi də cəlb olunacaq. Nazirlikdən bildiriblər ki, Azərbaycanda təhsilin bütün səviyyələrində idman infrastrukturunun yaradılması, idman zallarının avadanlıqla təmin olunması, müəllimlər üçün dərs vəsaitlərinin hazırlanması və onlar üçün treninqlərin keçirilməsi lazımdır. Ölkədə 27 idman növü üzrə 157 idman və şahmat məktəbi fəaliyyət göstrərir. Onların əsas çatışmayan cəhəti maddi-texniki bazanın zəif olmasıdır. Nazirlikdə bu sahənin inkişaf etdirilməsi üçün layihə hazırlanır.

Xəbər lenti

Xəbər lenti