...

Yeni regional telekanallar açılacaq

Cəmiyyət Materials 31 Mart 2007 13:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Türkiyənin TRT kanalının Azərbaycanda yayımında bözi mədudiyyətlərin yaranması həmin teleşirkətin özünün texniki problemləri ilə bağlıdır. Bu barədə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli məlumat verib.

O bildirib ki, TRT kanalı Azərbaycanın Teleradio İstehsalat Birliyinə lazım olan maliyyə vəsaitini ödəmədiyi və müqavilə bağlmadığı üçün yayımda problemlər baş verib.

Məhərrəmli onu da xatırladıb ki, Azərbaycanda bütün xarici telekanallar yalnız kabel və peyk vasitəsilə yayımlanmalıdır. Bu barədə qərar birmənalıdır və hər bir ölkədə olduğu kimi, Azərbaycanda da tətbiq ediləcək.

Məhərrəmli yaxın zamanda ölkədə yeni telekanalın yaranmasının nəzərə tutulmadığını deyib: "Biz daha çox regionlarda yerli telekanalların yaranmasına üstünlük veririk. Lakin yerlərdə reklam bazarı məhduddur, regional kanalların maddi-texniki bazası çox zəifdir. Şamaxıda və Əli-Bayramlıda regional kanalın açılmasını planlaşdırırıq. Amma bunun üçün düşünüb qərar verəcəyik"-deyə Şura sədri qeyd edib.

Xəbər lenti

Xəbər lenti