...

Korrupsiyaya qarşı mübarizə ilə bağlı yeni tədbirlər planı hazırlanacaq

Cəmiyyət Materials 3 Aprel 2007 12:45 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Yaxın vaxtlarda korrupsiya qarşı mübarizənin kefiyyətcə yeni mərhələsini əks etdirən tədbirlər planı hazırlanacaq və təsdiq olunmaq üçün prezident İlham Əliyevə təqdim ediləcək. Bu barədə çərşənbə axşamı Bakıda Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvü, millət vəkili Bəxtiyar Əliyev məlumat verib.

B.Əliyev qeyd edib ki, sözügedən tədbirlər planı təsdiq olunduqdan sonra yeni starategiyaya uyğun şəkildə iş aparılacaq: "Azərbaycan inkişaf edir və inkişafın bu mərhələsi korrupsiyaya qarşı mübarizədə yeni strateji planın qəbul olunmasını tələb edir. Ona görə də Azərbaycan dövləti bu sahədə işini davam etdirməlidir."

B.Əliyev qeyd edib ki, həm qanunvericilik, həm də icra orqanları səviyyəsində korrupsiyaya qarşı mübarizə davam etdirilir. Millət vəkilinin fikrincə, bu proses daim həyata keçirilməlidir.

"Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində lazım olan hüquqi bazanı və mexanizmləri yaradıb. Həmin mexanizmlər işləyir", -deyə komissiya üzvü əlavə edib.

Xəbər lenti

Xəbər lenti