...

Azərbaycanın Səhiyyə Nazirliyi və USAID birgə layihələri müzakirə edib

Cəmiyyət Materials 4 Aprel 2007 19:58 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/Bu gün Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyev USAID-nin ölkə rəhbəri Skot Teylor, ABŞ səfirliyinin hərbi məsələlər üzrə müşaviri Kennet İversonu qəbul edib. Bu barədə mətbuat xidmətindən məlumat verilib.

Görüşdə əsas müzakirə mövzuları ABŞ hökuməti ilə Azərbaycan Hökuməti arasında İlkin Səhiyyə Xidmətlərinin İnkişafı və Təcili Yardımın Gücləndirilməsi Təşəbbüsü haqqında Anlaşma Memorandumunun maddələri və buna uyğun tədbirlər planının həyata keçirilməsi, Azərbaycanda beynəlxalq standartlara uyğun Mama və Ginekologiya, Transplantalogiya, Cərrahiyyə profilli və ümumi xəstəxananın təmiri və inşaatı məsələləri olub.

Skot Teylor Azərbaycanda səhiyyə sahəsində gedən islahatları ABŞ dövlətinin çox yüksək qiymətləndirdiyini və Mama-Ginekologiya, Transplantalogiya, Cərrahiyyə profilli və ümumi profilli xəstəxananın təmiri üçün artıq böyük nüfuza malik 2 məsləhətçi və 2 ekspert qrupunun, Səhiyyə Nazirliyinin təklifləri nəticəsində işləniləcək hər bir detalın Oqtay Şirəliyevə təqdim ediləcəyinə hazır olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti