...

Məhkəmə ömürlük azadlıqdan məhrum edilmiş Dəyanət Kərimovun işinə baxacaq

Cəmiyyət Materials 5 Aprel 2007 16:56 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Qaradağ rayon məhkəməsi ömürlük azadlıqdan məhrum edilmiş Dəyanət Kərimovun işinə baxacaq. Bu barədə Trend ə Qobustan həbsxanasının rəisi Əlizadə Hüseynov cümə axşamı məlumat verib. Hüseynov bildirib ki, Qaradağ rayon məhkəməsinin hakimi Rəşadət Ağayev həbsxana rəhbərliyinə bu barədə məktub ünvanlayıb. Rəis bildirib ki, Kərimovun şikayətindən sonra məhkəmə onun cinayət işini tələb edib. Cinayət işinin materialları məhkəməyə təqdim olunub. Əlizadənin sözlərinə görə, Kərimov işinin obyektiv araşdırılmasını və ədalətli qərar çıxarılmasını tələb edir. Məhkəmə prosesi 10 gün müddətində Qobustan qapalı həbsxanasında keçiriləcək.

Kərimov bu gün aclığı dayandırıb. Onun bu addımı atmasına Qaradağ rayon məhkəməsindən aldığı cavab səbəb olub.

Martın 27-də Qobustan qapalı həbsxanasında 10 məhkum aclığa başlayıb. Onlar aprelin 3-də aclığı dayandırmaq barədə ərizə ilə müraciət ediblər. Kərimov isə sonradan aclığı davam etdirdiyini elan edib. Məhkumların tələbi barələrindəki ömürlük azadlıqdan məhrumetmə cəzasının 15 ilə endirilməsidir.

Xəbər lenti

Xəbər lenti