...

Səfir: "Ukraynada yaranmış siyasi gərginlik Azərbaycan diasporuna problemlər yaratmır"

Cəmiyyət Materials 6 Aprel 2007 16:49 (UTC +04:00)
Səfir: "Ukraynada yaranmış siyasi gərginlik Azərbaycan diasporuna problemlər yaratmır"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Ukraynada yaranmış siyasi gərginlik bu ölkədə yaşayan Azərbaycan diasporunun həyatında, işlərində problemlər yaratmır. Bu barədə Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev açıqlama verib.

O bildirib ki, Azərbaycanın diplomatik nümayəndəliyi və diasporumuz Ukraynanın siyasi dairələrində, hökumətində baş verən hadisələrə müdaxilə etmir. Səfirin sözlərinə görə, bu hadisələr diasporumuza, həmçinin azərbaycanlı iş adamlarının fəaliyyətinə mənfi təsir göstərməyəcək.

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri, hazırda Kiyevdə ezamiyyətdə olan Şakir Səlimov da bildirib ki, Ukrayna azərbaycanlıları öz fəaliyyətlərini normal qaydada davam etdirirlər. Səlimov qeyd edib ki, Kiyevdə dinc aksiyalar, mitinqlər keçirilir, hər hansı qarşıdurma isə müşahidə edilmir: "Soydaşlarımızla görüşdə də onlar hər hansı problemdən şikayətçi olmadılar".

Xəbər lenti

Xəbər lenti