...

Azərbaycan gimnastları Avropa çempionatında birinci üç yer uğrunda mübarizə aparmaq fikrindədirlər

Cəmiyyət Materials 9 Aprel 2007 11:09 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycanın bədii gimnastika üzrə yığması yayda Bakıda keçiriləcək çempionatda üçüncü yer uğrunda mübarizə aparmaq əzmindədir.

Kollektivin məşqçisi Valentina Ukleyinanın Trend ə verdiyi məlumata görə, qitə birinciliyinin son göstəricilərində komanda dördüncü yer tutub, lakin hazırda qarşısında daha yuksək məqsəd qoyub. Bununla yanaşı məşqçi bildirib: "Ölkə çempionatında idmançılar yalnız aralıq forma nümayiş etdiriblər və qarşıda gözlənilən çempionatda zirvədə olmaq fikrindədirlər. Qarşıda bizi həmçinin yığmanın seçimi kimi çətin sınaq gözləyir".

Məşqçi onu da qeyd edib ki, komandanın "əsası" yalnız mayda bilinəcək, həmin vaxtadək isə gimnastların özünü göstərməsi üçün lazımınca yarışları olacaq.

Xəbər lenti

Xəbər lenti