...

Dövlət Komitəsinin sədri: "Azərbaycan-İsrail Assosiasiyası yaradılır"

Cəmiyyət Materials 9 Aprel 2007 13:00 (UTC +04:00)
Dövlət Komitəsinin sədri: "Azərbaycan-İsrail Assosiasiyası yaradılır"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Aprelin 12-də Yerusəlimdə Azərbaycan -İsrail (Az-İz) Assosiasiyası yaradılacaq. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bazar ertəsi məlumat verib.

Hazırda İsraildə səfrədə olan N.İbrahimov qeyd edib ki, orada yeni Azərbaycan diaspor təşkilatı yaradılır. Assosiasiyanın təsis konfransında Azərbaycan-yəhudi diasporlarının birgə fəaliyyəti, diasporların vasitəsilə İsraillə Azərbaycanın əlaqələrinin genişləndirilməsi, dostluq, yaxın tərəfdaşlıq münasibətlərinin qurulması məsələləri müzakirə ediləcək. Assosiasiya İsraildə yaşayan azərbaycanlıları, həmçinin Azərbaycandan köçüb getmiş yəhudiləri birləşdirəcək.

Hazırda İsraildə Azərbaycandan köçüb getmiş 100 mindən artıq azərbaycanlı (yəhudi, rus və digər millətlərin nümayəndələri) yaşayır. Azərbaycan əsilli bu insanlar vahid bir təşkilatda bir araya gətirilərək həm ölkəmizin maraqlarının təbliğ olunmasına, həm də dünya miqyasında Azərbaycan-yəhudi diasporlarının birgə fəaliyyətinə, yaxın əməkdaşlığına nail olunmasına çalışacaqlar.

Səfərdə N.İbrahimovun rəhbərliyi ilə Dövlət Komitəsinin nümayəndə heyəti iştirak edir. Səfər zamanı İsraildə yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçiriləcək.

Xəbər lenti

Xəbər lenti