...

İrina Viner: "Azərbaycan gimnastlarının özünəməxsus çıxış tərzləri var"

Cəmiyyət Materials 11 Aprel 2007 17:40 (UTC +04:00)
İrina Viner: "Azərbaycan gimnastlarının özünəməxsus çıxış tərzləri var"

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ İrina Vinerin xüsusi təqdimata ehtiyacı yoxdur. Bədii gemnastika üzrə Rusiya yığma komandasının məşhur məşqçisi Olimpiya, Dünya, Avropa çempionatlarında uğur qazanmış və hələ də beynəlxalq arenada çıxış edən dünya səviyyəli idmançılar yetişdirib. İ.Vinter son illər uğur qazanmış idmançılar, onların Bakıda keçirilən Avropa çempionatınadakı uğurları barədə fikirlərini Trend ə eksklüziv müsahibəsində bölüşüb.

- İrina Aleksandrovna, siz Azərbaycan çempionatının yekunlarını necə dəyərləndirisiniz?

- Kifayət qədər güclü və gərgin mübarizədir. Gimnastlar Bakıdakı Avropa çempionatında iştirak edəcək yığma komandaya düşmək üçün özlərinin ən yaxşı cəhətlərini göstərməklə şanslarını artırmağa çalışırlar. Reqlamentə əsasən, hər bir ölkə yarışa 3 idmançı çıxara bilər. Buna görə də əsas heyətdə olmaq üçün mübarizə çox ciddidir. Ələlxüsus elitaya gedən yolda perspektivli idmançı Zeynəb Cavadlı da Dinarə Gimatova, Anna Qurbanova və Aliyə Qarayeva kimi idmançılara rəqib olmaqla irəliləyir. Çətin vəziyyətdə çox şeyi ustalıq deyil, əsəblərin möhkəmliyi həll edir. Zəriflərin çıxışlarındakı bəzi qüsurlar isə onların öz üzərilərində işləmələrini davam etdirmələrinin zəruriliyini göstərir.

- Sizin fikrinizcə, artan rəqabəti nəzərə alsaq, Azərbaycan yığmasında bu gün güc necə bölüşdürülüb?

- Əgər fərdi olaraq danışsaq, Aliə Qarayeva kifayət qədər universal, güclü və cəsarətli idmançıdır. Onun çıxışına nə tamaşaçılar, nə də hakimlər laqeyd qalmır. Əvvəllər bəzi ölkələr sizin məktəbinizin uğuru, yığmanızın öz mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırması ilə barışa bilmirdilər. Bu, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi federasiyanın məhsuldar əməyi sayəsində mümkün oldu. Belə ki, Aliyə xoş təəssürat yaradır, onun Moskva və Tyedəki Dünya kuboku yarışında mükafatları da bunu təsdiq edir.

Dinara Gimatovaya gəldikdə isə, onu fərqləndirən əsas cəhət zərifliyi və təsirli nömrələridir. O bədii gimnastika üzrə dünyada kifayət qədər məşhurdur və yaxşı ad qazanıb. Başlayan bu mövsüm isə onun üçün pis hesab olunmur.

Anna Qurbanova kifayət qədər işlək, öz işinə sadiq gimnastdır. Afina olimpiadasında o, D.Gimatovanı əvəz edirdi, ümumilikdə isə psixoloji yükün öhdəsindən gəlməyi bacardı. Anna çox çalışır və Avropa çempionatında iştirak edəcək yığmanın tərkibinə düşmək istəyir.

Zeynəb Cavadlının da göstəriciləri gözəldir, amma onu bir az da çalışdırmaq lazımdır. İdmançı güclülər dəstəsindədir. Bilmirəm Avro - 2007-yə keçmək üçün onun hazırlığı hansı səviyyədədir, amma sentyabrda keçiriləcək dünya çempionatına qədər Zeynəb xüsusilə yaxşılaşacaq.

- Azərbaycan gimnastlarının hazırlığında xüsusi fərqli cəhət nədir?

- Onların xüsusi emosianal gücü, hərəkətlərin səlist ifasında və digər komponentlərdə özünü büruzə verən özünəməxsus çıxış tərzləri var. Eyni zamanda təkrarolunmaz milli kaloritin də öz yeri var.

- Bakıda keçiriləcək Avropa Çempionatında gimnastlarımız nəyə ümid edə bilər?

- Hesab edirəm ki, ümumi komanda hesabında yığma ilk üçlükdə qərarlaşacaq. Bunun üçün isə güclü əsəb olmalıdır. Məsələn, bir müddət əvvəl keçirilən Rusiya birinciliyində 2005-ci ildə dünya çempionu olmuş Olqa Kapranova çoxnövçülük üzrə yeddinci yeri tutdu. Bu da mübarizənin gərginliyini bir daha sübut edir. Sözsüz ki, imkanlar yüksəkdir və xalça sahibləri sürpriz də edə bilərlər.

- Bəs siz Avro - 2007-yə gələcək Rusiya yığmasının tərkibini müəyyənləşdirmisiniz?

- Yox, axı hələ ki, sizin idmançılarınız kimi, bizim də kifayət qədər yoxlama məşqlərimiz olacaq. Bəli, yığmanın lideri Alina Kabayeva hesab olunur, lakin hazırda mən ikinci idmançını müəyyən edə bilmirəm. Bu yerə Vera Sesina və Olqa Kapranova iddialı olsa da, kimə üstünlük verəcəyimi bilmirəm. İdmançıların hələ özlərini göstərmək şansları var və istənilən halda seçim idman prinsipləri əsasında olacaq. Nəzər almaq lazımdır ki, mübarizə güclüdür.

- Bəs Pekin olimpiadası yolunda Azərbaycan yığmasının perspektivləri barədə nə deyə bilərsiniz?

- Vakant yerlər uğrunda mübarizə həm fərdi, həm də komanda hesabında çox gərgin olacaq. Hazırda bir çox ölkələrin bədii gimnastikasında canlanma müşahidə olunur və bu sahədə potensialın artırılmasına səy göstərilir. Buna görə də qarşıdakı Yunanıstan mundialında səviyyə yüksək olacaq.

- Bakıda beynəlxalq yarışların tez-tez keçirilməsini nəzərə alsaq, Azərbaycanı dünyada bədii gimnastika mərkəzlərindən biri saymaq olar?

- Sözsüz. Axı sizin ən iri yarışların təşkil olunmasında təcrübəniz var. Avropa çempionatını keçirməyi Bakıya elə-belə yox, 2005-ci il Dünya birinciliyini qüsursuz təşkil etməsini nəzərə alaraq veriblər. Eyni zamanda Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva gimnastikanın cəmiyyətin həyatında rolunu anlayan yüksək mədəniyyət adamıdır. Onun fəaliyyəti heyranlıq hissi doğurmaya bilməz.

Xəbər lenti

Xəbər lenti