...

Azərbaycanda Müəllif Hüququları günü qeyd ediləcək

Cəmiyyət Materials 13 Aprel 2007 11:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Ş.Əlizadə/ Bu ildən Azərbaycanda ilk dəfə olaraq Müəllif Hüquqları günü kimi aprelin 24-ü qeyd ediləcək. Bu barədə cümə günü Müəllif Hüquqları üzrə Dövlət Agentliyinin direktor müavini Oqtay Səmədov məlumat verib. Onun sözlərinə görə, Müəllif Hüquqları günü müxtəlif sahələri əhatə edən 20 nəfərə müəlliflik şəhadətnaməsi veriləcək. Müəlliflik şəhadətnaməsi alanlar sırasında Qərbi Azərbaycanla bağlı yazdığı kitaba görə tarixçi alim Yaqub Mahmudov, texniki sahədə yazdığı kitaba görə millət vəkili Elton Məmmədov, musiqi əsərlərinə görə Elza Seyidcahan və Tünzalə Ağayeva, yazıçı Əli Əmirli, telejurnalist Qulu Məhərrəmli və digərləri var.

Səmədov, həmçinin bildirib ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmasını təmin etmək məqsədilə agentlik qurumun fəaliyyətinə dair 10 proqram hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib.

ÜTT-nın Azərbaycan qarşısında qoyduğu öhdəliklərdən biri də ölkədəki dövlət qurumlarının fəaliyyət proqramlarının müəyyənləşdirilməsidir.

Xəbər lenti

Xəbər lenti