...

Azərbaycanın sabiq səhiyyə nazirinin vəkilləri AŞPA-ya müraciət ünvanlayıblar

Cəmiyyət Materials 13 Aprel 2007 16:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Sabiq səhiyyə naziri Əli İnsanovun vəkilləri AŞPA-ya mürciət ünvanlayıblar. Bu barədə cümə günü sabiq nazirin vəkili Ağaveyis Şahverdi məlumat verib.

Şahverdi bildirib ki, müraciətdə İnsanovun həbsi, istintaqı və məhkəmə prosesi zamanı yol verilən pozuntular barədə ətraflı məlumat əks olunub. Müdafiəçilər hesab edirlər ki, cəmiyyət üçün heç bir təhlükə törətməyən , səhhəti ilə bağlı ciddi problemləri olan 62 yaşlı ahıl bir adamın saxta ittihamlarla uzun müddətdə təkadamlıq kamerada saxlanması ona qarşı işgəncədir. Sabiq nazirin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında Konvensiya ilə qorunan hüquq və azadlıqlarının pozulduğunu iddia edən vəkillər İnsanovun şəxsiyyətinin, dünya tibb elmi sahəsində xidmətlərinin nəzərə alınmasını vacib sayırlar.

Bu gün hüquq müdafiəçisi Novella Cəfəroğlunun ABŞ-ın respublikamızdakı səfiri Enn Dersi ilə görüşündə sabiq nazirin məhkəmə prosesi və onun hüquqlarının pozulması barədə müzakirə aparılıb. Cəfəroğlu bildirib ki, İnsanovun azad olunması ilə bağlı dünya tibb alimlərinin müraciətləri, məktubları və digər sənədlər səfirə təqdim olunub. Səfir bu məsələnin araşdırılacağını bildirib.

Xəbər lenti

Xəbər lenti