...

Ülviyyə Könül: "Şou-biznes aləmindən olan insanı sevə bilməzdim"

Cəmiyyət Materials 16 Aprel 2007 16:47 (UTC +04:00)

Azərbaycan, Bakı 16 aprel /TrendLife müx Amal Rubai/ Ülviyyə Könül "İstanbul tətilləri" üzərindəki işini artıq bitirib, lakin yaxın gələcəkdə klipmeyker dincəlməyə hazırlaşmır. Baxmayaraq ki, o, öz işləri ilə çox məşğuldur, biznes ledisi əsl qadın və diqqətcil ana olaraq qalır. Deməli, saytın əziz oxucusu, bu günkü müsahibəmiz Ülviyyə Könüllə olacaq. Siz onun haqqında yenilikləri öyrənəcəksiniz.

- Sizin yeni filminiz "Roma tətilləri" filminin adına bənzəyir?

- Bəli, filmin adı "İstanbul tətilləri"dir. Lakin məhşur "Roma tətilləri" filminin baş qəhrəmanları Qreqori Pek və Odri Xepbrendir. "İstanbul tətilləri" filminin janr xətti melodramadır. Filmdə baş verən hadisələr isə mənəvi böhran keçirən Ayandır. Ayan rolunun ifaçısı isə məhşur müğənni Röya Ayxandır. Ayan stresdən çıxmaq üçün İstanbula yollanır, orada fotoqrafla rastlaşır və ona aşiq olur. Əsərin ssenarisini Əjdər Ulduz yazıb. Bütün problemlərə baxmayaraq sonda qəhrəmanlar birlikdə qalırlar. Mən final sonluğunda azacıq dəyişikliklər etmişəm və qərara almışam ki. axırda sual işarəsi qoyum. Qərara aldım ki, hazırkı vəziyyətdə "ardı var" yazım. Konkret olaraq filmdə musiqisi Vüqar Camalzadəyə, sözləri İsmayıl Dadaşova məxsus olan üç mahnı ifa olunacaq. Başa düşdüyünüz kimi, mahnıların ifaçısı Röya özüdür. Mən əminəm ki, bu mahnılar tezliklə xitə çevriləcək.

- Film artıq kinolentə köçürülüb ?

- Təəssüf ki, xeyr. Hələllik film Azərbaycanda yeni eyç-di formatı ilə çəkilib. O, maksimal dərəcədə professional texniki kinolentə yaxındır.

Bu film kinoteatrlarda göstərilmək üçün nəzərdə tutulmayıb. Çünki bir saatlıq filmdir.

- Aktyorlar bu işin öhdəsindən necə gəldilər? Elə Röyanın özünü götürək. Axı o ....?

- Açıq deyirəm ki, bir rejissor kimi əvvəl çox qorxurdum, sonradan Röyanın artistik məharətini gördükdən sonra məəttəl qaldım. Filmdə onun tərəf-müqabili "Azdrama"nın cavan aktyoru İlyas Əhmədovdur. Film çəkilən müddətdə çoxları fikirləşirdilər ki görəsən, ona ailəli adamlar baxa biləcəklər? Axı Röyanın adı gələndə hamının düşündüyü bir şeydir - indicə soyunacaq. Əlbəttə ki, qəhrəmanların bütün emosional vəziyyətləri və açıq səhnələr olacaq. Lakin bu, o qədər estetik və məhdudlaşdırılmış vəziyyətdədır ki, heç kimin mənəvi görünüşünü təhqir edəcək dərəcədə deyil. Bu normaldır. Mən pornoqrafiya ilə məşğul olmuram və mənim öz dəsti-xəttim var. Məsələn, mahnıdan sözləri atmaq olmadığı kimi, kinoda, xüsusən məhəbbət kinosunda öpüşsüz keçinmək olmaz.

- Bu, film sizin üçün nədir?

- Deməzdim ki, "İstanbul tətilləri" mənim yaradıcı işimdə zirvədir, buna hələ çox var. Biz cavan rejissorlar kinostudiyanın dəhlizindən başlamışıq , hər işi götürmüşük, təki kinoya yaxın olaq.

Mən və Aqil M. Quliyev oz attestasiyamızı beləcə başa vurmuşuq. Mübahisəsiz, film uğurlu olacaq. Çox istərdim ki, bu film xaricdə də təqdim olunsun. Rüstəm İbrahimbəyovun senarisi əsasında çəkilmiş film "Oskar" alanda mən sevincimdən az qalırdım ağlayam. Təəssüf ki, o, Rusiyanı təmsil edirdi, Azərbaycanı yox.

- Bir az da şəxsi həyatınızdan... Bürclərə inanırsız?

- Mən həyatda baş verən hər bir şeyə inanıram.Yüksək təfəkkürə, kosmik enerjiyə, qismətə, nəyə desən. Son zamanlar fəlsəfi kitablar oxumaqla çox maraqlanıram. Sənətlə əlaqəli olan bir insanın belə şeylərlə maraqlanmağı bəlkə də düzgün deyil. Əgər mən təmiz ateist-materialist olsaydım, yəqin ki, yaradıcılığımı sırf bununla bağlayardım.

- Siz çoxdan təksiniz?

- Artıq yox. Doqquz ay bundan əvvəl taleyim mənə gözəl bir insan bağışladı ki, mən onu sevə bildim. Bizdə çoxlu oxşar cəhətlər var. Hər ikimiz Tərəzi və Əkizlər bürcü, hava işarəsi altında doğulmuşuq.

- O, sizi sənətinizə qısqanmır? Yoxsa o da şou-biznes aləmindəndir?

- Qısqanır. Xoşbətlikdən bu insan həm şou-biznesdən, həm də sənətimdən uzaqdır. Başqa bir hiss olsaydı, sözsüz ki, münasibət olmazdı. Mən heç vaxt şou-biznesdən olan bir adamı sevə bilməzdim.

- Bəzi insanlar belə düşünürlər ki, onları məşhur olduqları üçün sevirlər. Sizdə belə bir fikir olub?

- Belə bir şey olsaydı, o dəqiqə hiss edərdim. Əvvəla, mənim təcrübəm var, ikincisi isə, bildiyinizə görə, mən ixtisasca pisixoloqam. Bizim vəziyyətdə belə bir şey yoxdur. Əlbəttə, müğənnilər üçün bizə nisbətən daha çətindir, onların əhatəsi daha çox zəhlətökən pərəstişkarlarla doludur. Xöşbəxtlikdən, ya bədbəxtlikdən, deyə bilmərəm, məni heç kim izləmir və mənim həyatım çox sadə keçir.

- Bəs necə tanış olmusunuz?

- Tələsməyin. Mən artıq danışıram. Seçdiyim insan Azərbaycanda mənim üçün təkdir. Mənim kimliyim onu maraqlandırmır. Mən sizə səmimi söyləyirəm. Məhz bu, məni ona bağladı. Mən o gecədə onun üçün sadəcə bir xanım idim. Sonralar isə, əlbəttə, mən ona ozümdən və sənətimdən danışmağa başladım.

- Sizə tam xoşbəxtlik üçün nə lazımdır?

- İlk növbədə qızım Könülü yerbəyer etmək, onun oxumasını ailə qurmasını təmin etmək. Çox istərdim, ilk nəvəmin qayğısını çəkim.

- Bəs ikinci uşağınızın olmasını istəmirsinizz?

- Düzünü desəm, bu haqda çox az fikirləşirəm. Artıq bir qızım var. Onun on beş yaşı var. Zaman öz işini görür. Mənim üçün həyatımda ən böyük uğur mənim qızımdır.

- Seçdiyiniz insan tanışlığınızın ikinci günü sizə evlənmək təklif etməyib?

- Aldatmaq istəməzdim. İkinci günü yox. Münasibətdə ən əsası harmoniyanın olmasıdır. Qaydaya görə, məhəbbət və ehtipas olmayan yerdə final sonluğu çox pis bitir. Müntəzəm münasibətlər uzun sürür və müsbət emosiyalar gətirir. Sevgini hissiyyat kimi götürsən, nevroza gətirib çıxara bilər. Bü xəstəliyin əlamətləri yuxusuzluq, narahatçılıq, iştahın itməsi və.s-dir. Kor sevgi isə stressə gətirib çıxara bilər. Mənim aləmimdə stress keçirməmək üçün qadın özünə daha diqqətli yanaşmalıdır və lazımsız münasibətdən qaçmalıdır.

- Ülviyyə Könülün gələcək yaradıcı planları haqqında bilmək olarmı?

- Hazırda Röya və "Dəyirman"ın ifasında olan "Gəlmədi" mahnısına çəkilən klipin montaj prosesini bitirmək üzrəyəm. Tünzalə Ağayevanın ciddi bir layihəsi üzərində işləyirəm. Faiq Ağayevlə də belə bir plan gözlənilir.- Hazırda Röya və "Dəyirman"ın ifasında olan "Gəlmədi" mahnısına çəkilən klipin montaj prosesini bitirmək üzrəyəm. Tünzalə Ağayevanın ciddi bir layihəsi üzərində işləyirəm. Faiq Ağayevlə də belə bir plan gözlənilir.

Xəbər lenti

Xəbər lenti